Kursk vilayətin raket təhlükəsi elan edilib.
Publika.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Roman Starovoyt "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, vilayətdə əhaliyə xəbərdarlıq sistemi fəaliyyətə başlayıb.
Rayon rəhbəri əhaliyə müraciət edərək, pəncərəsiz, divarları möhkəm olan otaqlarda qalmağa çağırıb.
Onun sözlərinə görə, küçədə olarkən mütləq binaya, yeraltı keçidə və ya avtomobil dayanacağına sığınmaq lazımdır.
Ötən gecə də Kursk vilayətində raket təhlükəsi elan edilib. Şənbə günü gecə Rusiya Müdafiə Nazirliyi Tula və Bryansk vilayətləri üzərində səmada Ukraynaya məxsus pilotsuz təyyarələrin məhv edildiyini açıqlayıb.
Hseyn İbadlı