Dekabrın 5-də ABŞ-ın Mayami şəhərində 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatının qrup mərhələsinin püşkatma mərasimi olacaq.
QÜTB.AZ xəbər verir ki, bu barədə FİFA-nın saytında məlumat yayılıb.
Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da 32 komandanın iştirakı ilə yenilənmiş formatda keçiriləcək.
Açılış matçı “İnter Mayami”nin Fort Lauderdeyldəki ev stadionunda keçiriləcək. Artıq turnirdə 31 iştirakçı müəyyənləşib. Son klub noyabrın 30-da baş tutacaq Libertadores Kubokunun finalından sonra bəlli olacaq.
Xatırladaq ki, klublararası dünya çempionatının əvvəlki qalibi finalda Braziliyanın “Fluminense” klubunu məğlub edən (4:0) İngiltərənin “Mançester Siti” komandasıdır.