05.07.25 | Bakı 23.03° C |
10:06:25
Lent :

Şəhid Mehmanın nişanlısı 32 ildir onu gözləyirmiş..

04 iyl 2025 22:00
GÜNDƏM
ads
Advertisement

"Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcəyini gözləyirdim”.

 

Qutb.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Kəlbəcərdə 32 il əvvəl şəhid olan hərbçilərin dəfn mərasimində iştirak edən Sevda Əliyeva bildirib.Şəhid

 

 

Mehman Musayevin nişanlısı Sevda Əliyeva deyib ki, nişanlısı itkin düşəndən sonra ailə qurmayıb: "Mehmanla sonuncu görüşüm Ağdamda oldu. Mənə hədiyyələr almışdı. Toyumuz barədə danışdıq. Torpaqlarımızın üzərindən qara buludlar çəkildikdən sonra təntənəli toy edəcəyimizi planlaşdırdı. Bilməzdim ki, bu, onunla son görüşum olacaq. Həmişə Mehmanın adını uca tutdum. Qürurluyam, Mehmanla fəxr edirəm. Onun adına layiq yaşadım. Dövlətimizə, dövlət başçısına minnətdarlığımızı bildiririk. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
23.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur