İran və Qətər Mərkəzi Banklarının prezidentlərinin görüşü və bu ölkənin əmiri ilə müzakirələr zamanı İrana məxsus 6 milyard dollarlıq aktivlə bağlı müsbət nəticə əldə etdik.
QÜTB.AZ İRNA-ya istinadən xəbər verir ki, bunu İranın Prezidenti Məsud Pezekşian deyib.
İran prezidenti Dohadan qayıtdıqdan sonra səfərinə, xüsusən Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşünə və Asiya Əməkdaşlıq Dialoq Forumunun sessiyasına toxunub.
“Səfər zamanı ikitərəfli və çoxtərəfli danışıqlardan əlavə, razılaşmalar əldə olunub və 6 memorandum imzalanıb”, - deyə o qeyd edib.
Pezeşkian ərəb ölkələrinin xarici işlər nazirlərinin region, Qəzza və Livandakı vəziyyətlə bağlı İranın xarici işlər naziri ilə görüşünə toxunaraq deyib: “Görüşlərin əsasını konsensusun formalaşdırılması təşkil edirdi ki, biz son nəticədə qonşu ölkələrlə ortaq bəyannamə qəbul edək və ümumi baxışa gələk ki, vahid səslə İsrailə yerini göstərə bilək”.
Adəm Abbaslı