İraqda terrorda və terrorçu təşkilata üzv olmaqda təqsirləndirilən 10 nəfər barədə ölüm hökmü icra edilib.
Publika.az xəbər verir ki, təqsirləndirilən şəxslər Nəsiriyyə şəhər həbsxanasında asılaraq edam edilib. Edam prosesini Ədliyyə və Səhiyyə nazirliklərinin nümayəndələri müşahidə ediblər.
BMT-nin hesablamalarına görə, bu il İraqda 30 nəfər barədə ölüm hökmü icra edilib. Daha 800 dustaq isə hökmün icrasını gözləyir.