28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

MDB liderləri toplanır: təyyarə qəzasını müzakirə edəcəklər

25 dek 2024 16:00
GÜNDƏM
ads

MDB liderləri Aktauda baş verən təyyarə qəzasını müzakirə edəcəklər. Onlar faciə ilə bağlı başsağlığı verəcəklər.

QÜTB.AZ xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bütün cari məsələlər müzakirə olunacaq, şübhəsiz ki, liderlər təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verəcəklər. Onlar kiməsə necə kömək edə biləcəkləri barədə fikir mübadiləsi aparacaqlar. Amma təbii ki, ikitərəfli münasibətlər və MDB ilə bağlı məsələlər də müzakirə olunacaq”, - Peskov qeyd edib.

Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəzadan 32 nəfər sağ çıxıb.

Akqabay

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur