31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Qızlarını döyən ata həbs olundu

20 fev 2024 18:00
GÜNDƏM
ads

Qızlarına şiddət göstərən Elnur Məmmədov barəsində məhkəmənin qərarı ilə 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Publika.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya məlumat verilib.

xxx

15:13

Bakıda azyaşlı qız atası tərəfindən fiziki zorakılığıa məruz qalıb. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsində baş verib. Qəsəbə sakini 1983-cü il təvəllüdlü Elnur Əltəmas oğlu Məmmədov azyaşlı qızını döyüb. İddialara görə atanın qızına fiziki təzyiq göstərməsi anını hər gün qızları ilə birgə şiddət görmüş ana lentə alıb.

Məsələni ictimailəşdirən Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə ailəsinə işgəncə verən şəxsin cəzalanması üçün hüquq-mühafizə orqanlarına səslənib.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə görüntülərlə bağlı məsələ nəzarətə götürülüb:

"Ötən həftənin cümə günü bu barədə daxil olan məlumat üzrə araşdırma başlayıb, müvafiq ekspertizalar təyin edilib. 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir".

Kəmalə Ağazadə əlavə olaraq saytımıza bildirib ki, şiddət görən ailənin təhlükəsizliyi aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməlidir:

"Fiziki təzyiqə məruz qalan qız, iki bacısı və ana atanın yanındadır. Çalışırıq ki, onlar mühafizə ordeni ilə təmin olunsun. Xəzər Rayon İcra Hakimiyyətindən də bildirilib ki, mühafizə ordeninin təmin olunması ilə bağlı iş aparılacaq. Amma əsas məsələ həm də Vəkillər Bürosundan ailəyə ödənişsiz vəkil ayrılmasıdır".

Kəmalə Ağazadə onu da əlavə edib ki, şiddət görən azyaşlının sığınacağa yerləşdirilməsi nəzərdə tutulmur:

"Onların evləri var və qız da bildirir ki, atasının yanında qalacaq. Qardaşı da yanındadır. Sadəcə ana özünün və qızlarının həyatının rahat keçməsi üçün təhlükəsizlik qaydalarına uyğun mühafizə ordeni ilə təmin olunmasını istəyir".

Bizim.Media məsələ ilə bağlı digər təfərrüatları da əldə edib. Məlum olub ki, azyaşlı qızını döyən Elnur Məmmədovun əmisi öz yoldaşını 20 il öncə küçənin ortasında amansızcasına qətlə yetirib. Qətli törədənin psixoloji problemləri olduğu üçün bir müddət Psixiatriya Xəstəxanalarından birində müalicə olunub çıxdığı və daha sonra öldüyü iddia olunur.

Hətta Elnur Məmmədovun bir neçə gün əvvəl qardaşları ilə birgə öz qayınatası Böyükağa Əzizağa oğlu Əliyevi döyüb xəstəxanalıq etdiyi, döyülən şəxsin isə hazırda reanimasiyada müalicə aldığı da deyilir.
İddialarla bağlı adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur