Gürcüstan parlamenti gələn həftə yeni Baş nazir və hökuməti təsdiq edəcək.
Publia.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
Onun sözlərinə görə, hökumətdəki dəyişikliklər “Gürcü arzusu” partiyasının oktyabrda keçiriləcək parlament seçkilərinə həmişəkindən daha güclü daxil olmasını təmin etmək məqsədi daşıyır.
“Gürcüstan parlament respublikasına çevrildikdən sonra ilk dəfə olaraq Baş nazir vəzifəsinə namizəd “Avropa demokratiyaları üçün xarakterik olan” parlamentdən irəli sürüləcək”.
Bir gün əvvəl Baş nazir İrakli Qaribaşvili seçkiqabağı dövrdə hakim “Gürcü arzusu” partiyasına rəhbərlik etmək təklifi ilə əlaqədar vəzifəsindən istefa verdiyini açıqlamışdı.
“Gürcü arzusu”nun hazırkı sədri İrakli Kobaxidze Baş nazir olacaq.