"Zirə" cari mövsüm UEFA Konfrans Liqasında sonuncu oyununu keçirib.
QÜTB.AZ xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv pley-off mərhələsinin cavab matçında Bakıda Kiprin "Omoniya" klubunu qəbul edib.
Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
79-cu dəqiqədə Rafael Utziq fərqlənib.
Səfərdə rəqibinə altı cavabsız qolla uduzan "Zirə" avrokubokla vidalaşmalı olub.
xxx
21:48
Bakıda "Zirə" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.
QÜTB.AZ xəbər verir ki, Azərbaycan təmsilçisi qonaqları mərkəzə dəvət edib.
79-cu dəqiqədə Rafael Utziq fərqlənib.
xxx
20:12
Bakıda "Zirə" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
QÜTB.AZ xəbər verir ki, qarşılaşma saat 20:00-da start götürüb.
Görüşü Latviyadan olan hakim Vitaliys Spasyonnikovs idarə edir.
Qeyd edək ki, tərəflər arasındakı ilk oyunda Kipr təmsilçisi 6 cavabsız qolla qalib gəlib.