29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Avropa neft alışını kəskin şəkildə artırdı: Bazarda nə baş verir?

12 fev 2024 11:00
GÜNDƏM
ads

Avropadakı neft emalı zavodları neft alışını kəskin şəkildə artırıb.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.

Yəmən husilərinin hücumları səbəbindən dizel yanacağının qiymətinin kəskin artması və Yaxın Şərqdən tədarükün kəsilməsindən sonra idxal artmağa başlayıb. Artan tələbin fonunda Qərbi Afrikanın iki əsas çeşidi, “Forcados” və “Egina Brent” müvafiq olaraq 4-6 dollar endirimlə satılmağa başlayıb.

Analitiklərin qeyd etdiyi kimi, Afrika xammalı Yaxın Şərqdən gələn tankerlərdəki gecikmələrdən faydalandı və avropalı alıcılar özlərini daha yaxın tərəfdaşlara yönləndirməli oldular.

“Kpler”in baş analitiki Viktor Katona bildirib: "Bazar oyanır, Qırmızı dənizdəki fasilələr həqiqətən nəqliyyat axınını pozur və Avropa indi olduğundan daha çox xammal əldə etməlidir".

Treyderlərin fikrincə, aktiv alış qlobal neft bençmarkı “Brent” üçün fyuçers qiymətlərinin kəskin azalmasına səbəb olur. Bu artımın nə qədər davam edəcəyi bəlli deyil. Bildirilir ki, neft emalı zavodlarının qarşıdan gələn texniki xidmət mövsümü satınalma həcmlərinin azalmasına səbəb ola bilər.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur