Türkiyə millisinin sabiq futbolçusu Emre Belözoğlu İstanbulda avtomobil qəzası keçirib.
QÜTB.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Beykozda qəzaya düşən idmançı xəstəxanaya yerləşdirilib. Onun ayağında zədə aşkarlanıb.
"Ayağımdan kiçik bir əməliyyat keçirdim. Hazırda yaxşıyam. Xəstəxanadayam, amma qorxulacaq bir vəziyyət yoxdur", - deyə Belözoğlu bildirib.
Qeyd edək ki, Emre Belözoğlu hazırda məşqçilik fəaliyyəti ilə məşğul olur.