10.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Manaf Ağayev deputatlığa namizəd olacaq?

04 iyl 2024 11:00
GÜNDƏM
ads
Advertisement

"Mənim seçkiyə qatılmaq fikrim yoxdur".

Publika.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev parlament seçkilərində namizədliyinin irəli sürülməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən deyib.

Sənətçi belə bir fikiri olmadığını bildirib:

"Deputat olmaq istəmirəm. Bu yerdə deyiblər də, oturduğun yerdə işə düş. Mən müğənniyəm, iş adamıyam, siyasətçi deyiləm. Qələt edərəm siyasətə qoşularam, siyasəti heç vaxt sevməmişəm. Məndən deputat olmaz".

Qeyd edək ki, mətbuatda müğənni Manaf Ağayevin parlament seçkilərində iştirak edəcəyi ilə bağlı məlumat yayılıb. Onun 84 saylı Füzuli seçki dairəsindən namizəd olacağı bildirilib. 2020-ci ildə keçirilən seçkilərdə bu dairədən Vüqar Bayramov mandat qazanıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur