17.03.25 | Bakı 12.03° C |
10:06:25
Lent :

Qarabağda hərbi cinayətləri Ermənistanın prokurorluğu araşdırıb

17 mar 2025 19:00
GÜNDƏM
ads

Martın 17-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Lyova Mnatsakanyan bildirib ki, işğal olunmuş ərazilərdə hərbi xidmət etmiş erməni sakinlər və Ermənistan Respublikasının vətəndaşlarının törətdikləri hərbi cinayətlərin təhqiqatını Ermənistanın Hərbi Polisi, ibtidai istintaqını isə Ermənistanın Hərbi Prokurorluğu aparıb.

Qutb.az xəbər verir ki, o, daha sonra cinayət işlərinə Ermənistan ərazisində yerləşən Sünik hərbi məhkəməsində baxıldığını deyib.

Təqsirləndirilən şəxs vurğulayıb ki, hərbi struktur eyni olduğundan hərbi qulluqçular tərəfindən xidmət etdikləri müddət ərzində törətdikləri hərbi cinayətlər, işğal olunmuş ərazilərdə erməni sakin, yaxud Ermənistan vətəndaşı olmasından asılı olmayaraq, Ermənistandakı analoji cinayətlər kimi eyni statusla araşdırılıb və qərar verilib.

Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Bakı  ( 17.03.2025 )
Ad
Bugün
Sabah
Imsak
05:19
05:17
Sübh
05:29
05:27
Gün çıxır
06:49
06:47
Zöhr
12:49
12:49
Əsr
16:11
16:11
Gün batır
18:49
18:50
Məğrib
19:06
19:07
İşa
19:59
20:00
Bütün siyahıya bax
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
12.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur