Mozambikdə həbsxanada baş verən iğtişaş nəticəsində 1534 məhbus qaçıb, azı 33 nəfər ölüb, 15 nəfər isə yaralanıb.
QÜTB.AZ xəbər verir ki, Mozambikin Azadlıq Cəbhəsinin namizədi Daniel Çaponun qalib gəldiyi mübahisəli prezident seçkilərindən sonra küçələrdə iğtişaşlar davam edir.
Polis rəisi Bernardino Rafel açıqlamasında bildirib ki, iğtişaşlara həbsxana qarşısında hökumət əleyhinə etirazlar səbəb olub.
Rafel daha iki həbsxanada qaçmağa cəhdlər olduğunu bildirib: "Mozambiklilər və təhlükəsizlik qüvvələri olaraq narahatıq. Önümüzdəki 48 saat ərzində cinayət nisbətində artım gözlənilir”.
O, qaçan məhbuslardan 150-sinin tutulduğunu qeyd edib.
Roza