28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Kremldən Avropaya xəbərdarlıq gəldi: Bunu etsəniz, müharibə qaçılmazdır

27 fev 2024 12:00
GÜNDƏM
ads
Advertisement

NATO ölkələri ilə Rusiya arasında birbaşa toqquşma alyans dövlətlərinin maraqlarına uyğun deyil və onlar bunu bilməlidirlər.

Publika.az xəbər verir ki, bu barədə fevralın 27-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

O, Fransa prezidenti Emmanuel Makronun Parisdə Ukraynaya dəstək konfransında Kiyevə uzaqmənzilli silahların ötürülməsi üçün koalisiya yaradılması, eləcə də münaqişə zonasına NATO qoşunlarının göndərilməsi imkanları ilə bağlı bəyanatlarını belə şərh edib.

“Ümumiyyətlə, burada, yəqin ki, NATO ölkələrinin müəyyən kontingentlərinin Ukraynaya göndərilməsinin mümkünlüyünün müzakirəsi faktının özü, əlbəttə ki, yeni elementdir. Fransa prezidentinin çıxışlarındakı bütün digər elementlər artıq bu və ya digər şəkildə səsləndirilib, biz hamımız onları artıq nəzərə almışıq”.

Ukraynaya qoşun yeridiləcəyi təqdirdə eskalasiya riskini qiymətləndirən prezidentin mətbuat katibi bu vəziyyətdə Rusiya ilə NATO arasında toqquşmanın qaçılmaz olacağını vurğulayıb.

“Bu halda bizə ehtimaldan deyil, münaqişənin qaçılmazlığından danışmaq lazımdır. Biz bunu belə qiymətləndiririk”, - Peskov bildirib.

Bununla belə, Kremlin rəsmi nümayəndəsi qeyd edib ki, Parisdə keçirilən tədbirdə iştirak edən bir çox ölkələr əsgər göndərilməsinin potensial təhlükələrini ayıq şəkildə qiymətləndirirlər.

Makron fevralın 26-da bildirib ki, Qərb liderləri Ukraynaya qoşun yeritmək imkanını müzakirə ediblər, lakin hələlik konsensus əldə olunmayıb. Fransa lideri həmçinin əlavə edib ki, “vəziyyətin inkişafında heç nə istisna oluna bilməz”.

Onun sözləri avropalı siyasətçilərin kəskin reaksiyasına səbəb olub. Həmin gün Slovakiyanın baş naziri Robert Fiko NATO və Avropa İttifaqının hərbi qüvvələrinin Ukraynaya mümkün göndərilməsinin münaqişənin genişlənməsinə səbəb olacağını bildirib .

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur