“4 kəndin Azərbaycana qaytarılması ilə bağlı artıq qərar verilib. Paşinyanın açıqlamaları da bunu təsdiq edir”.
Publika.az xəbər verir ki, bu barədə erməni ekspert Armen Manvelyan deyib.
Onun sözlərinə görə, bu bölgədən keçən yola alternativ marşrutun çəkilməsi də hazırlığın əvvəldən getdiyini göstərir.
“Kəndlərin qaytarılmasından sonra Ermənistanın Gürcüstanla əlaqəsi kəsiləcək, eyni zamanda, alternativ yol də birbaşa azərbaycanlıların nəzarətində olacaq. Tiqranaşen (Kərki-red) verildikdən sonra Sünikə (Zəngəzur-red) gedən strateji yollardan mərhum olacağıq. Beləliklə, həm Şimal, həm də Cənuba gedən yollar Azərbaycanın nəzarətinə keçəcək”, - A.Manvelyan deyib.
Asif