Almaniyada supermarketdə kassir işləyən qadın müştərilərin gözü qarşısında güllələnib.
Publika.az xəbər verir ki, 48 yaşlı keçmiş sevgilisi tərəfindən başından vurulan 38 yaşlı Aysel İ. adlı türkiyəli qadın yerindəcə ölüb. Hadisənin şahidi olanlar şoka düşüb.
Hadisə Almaniyanın Frankfurt şəhəri yaxınlığındakı Mörfelden-Valldorf qəsəbəsindəki nəhəng supermarketlər şəbəkəsində baş verib.
Qətlə yetirilən qadın və onu vuran kişinin türk əsilli, lakin Bolqarıstan vətəndaşlığı olduğu bildirilir. Qətl şübhəlisinin orada yaşamadığı və Frankfurtdan gəldiyi iddia edilir.
Aysel Şahmar