05.12.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Prezidentin köməkçisi Azərbaycan-İran münasibətlərindən DANIŞDI

01 dek 2025 13:00
GÜNDƏM
ads
Advertisement

Azərbaycan İranla iqtisadi-ticarət əlaqələrini genişləndirməyə can atır.

Qutb.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə “EU Today"ə müsahibəsində deyib.

O, İranda Azərbaycan səfirliyində törədilən hücumla bağlı danışıb.

Hikmət Hacıyev xatırladıb ki, hücumu törədən şəxs İran qanunlarına əsasən mühakimə olunub və Azərbaycan İranla münasibətlərdə bu səhifəni tamamilə çevirib.

Hikmət Hacıyev iki ölkə arasındakı münasibətləri normal və stabil qiymətləndirib, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevlə onun iranlı həmkarı Məsud Pezeşkian arasında şəxsi münasibətin istiliyinə diqqət çəkib.

“Araz çayı üzərində Ağbənd-Kəlalə yol körpüsü vasitəsilə İran rəsmi Bakının geniş konnektivlik planlarında yerə alır. Bu layihənin strukturu 2025-ci ilin sonuna qədər yekunlaşacaq. Biz İranı qonşu, tərəfdaş kimi görürük və iqtisadi-ticarət əlaqələrimizi genişləndirməyə can atırıq, - Hikmət Hacıyev qeyd edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur