“Nyukasl”ın icraçı direktoru Darren Eales səhhətindəki problemlərə görə vəzifəsini tərk edir.
QÜTB.AZ xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
52 yaşlı İlesə xroniki limfositar leykemiya diaqnozu qoyulub. O, yeni təyinata qədər vəzifəsini icra edəcək.
Eales 2022-ci ilin avqustunda bu vəzifəyə təyinat alıb. İlk mövsümündə klub Premyer Liqada 4-cü yeri tutaraq Çempionlar Liqasına yüksəlib.
O, futbol karyerasına “West Brom”da hüquq işləri üzrə direktor kimi başlayıb. Daha sonra “Tottenhem”, “Atlanta” və “Aberdin” klublarının idarəçiliyində yer alıb.