Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş olub.
Publika.az xəbər verir ki, bu barədə Rafael Qrossi X hesabında yazıb.
"Soçidə Rusiya Prezidenti Vladimir Putinlə nüvə təhlükəsizliyi, Zaporojye AES-in təhlükəsizliyi və nüvə silahının yayılmaması üzrə mühüm müzakirə apardıq", - Qrossi bildirib.
Xatırladaq ki, Qrossi ötən gün Soçiyə səfər edib.