“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino və onun köməkçiləri komandanın oyunçusu Mixail Mudrikin futbol zəkasına malik olmadığı qənaətindədirlər.
Publika.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Mudrikdə klub sistemində uğurlu işləmək üçün lazım olan futbol zəkası yoxdur. Bundan əlavə, “Çelsi”nin məşqçilər korpusu oyunçunun hərəkətləri tamamlamaq və birləşdirmək bacarığını şübhə altına alır.
Xatırladaq ki, Mixail Mudrik ötən ilin yanvarında 70+30 milyon avroya “Çelsi”yə keçib. Cinah oyunçusu bu mövsüm “mavilər”in heyətində bütün turnirlərdə 25 oyun keçirib və 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Ukrayna millisinin futbolçusu ilə London komandası arasında mövcud əmək müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub.