02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Neymarın atası həbsdə olan futbolçu üçün elə şeylər etdi ki: Cəzası yüngülləşə bilər

10 yan 2024 10:00
İDMAN
ads
Advertisement

"Əl-Hilal"ın üzvü Neymar Juniorun atası Neymar da Silva Santos maraqlı addım atıb.

Publika.az xəbər verir ki, o, "Barselona"nın sabiq futbolçusu Dani Alveşə yardım edib. Onun hesabına pul köçürüb və vəkil tutub. Bu barədə UOL məlumat yayıb.

Mənbənin sözlərinə görə, Dani şəxsən Neymarın ailəsi ilə əlaqə saxlayıb. Futbolçunun atası onun hesabına dərhal 150 ​​min avro köçürüb. Vəsait təcavüzə məruz qalan qıza təzminat kimi istifadə olunacaq. Üstəlik, bu məbləğ sayəsində Alveşin cəzası yüngülləşdirilə bilər.

Bundan əlavə, 2023-cü ilin yayında Neymar da Silva Qustavo Xisto adlı şəxsi vəkil tutub. Xisto dərhal futbolçunun keçmiş həyat yoldaşını gəlir idarəçiliyindən uzaqlaşdırıb və onun aktivlərini bloklayıb. Bundan sonra Dani alimentin ödənilməməsi ilə bağlı məhkəmə iddiası ilə üzləşib.

Xatırladaq ki, Dani Alveş 5-7 fevral 2024-cü il tarixlərində İspaniyada zorlama ittihamı ilə məhkəmə qarşısına çıxacaq. Ötən ilin yanvar ayında o, Barselonadakı gecə klubunda 23 yaşlı qızı zorlamaqda ittiham olunaraq həbs olunub. Bu səbəbdən keçmiş futbolçunu 12 il azadlıqdan məhrum etmə cəzası gözləyir.

Heybət


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur