Cəlilabad rayonu üzrə ötən ilin noyabr ayından bugünədək 339 nəfər qızılca virusuna yoluxub.
Publika.az xəbər verir ki, onlardan 236 nəfəri 18 yaşdan kiçiklər və 103 nəfəri 18 yaşdan böyüklərdir.
Hazırda aktiv xəstə sayı 73 nəfərdir. Onlardan 69 nəfəri ambulator, 4 nəfəri isə stasionar şəraitdə müalicə alır.
Ötən ilin dekabrın 1-dən peyvənd vurulan uşaqların sayı 2 104 nəfərdir.
Ötən gün 17 nəfər bu virusa yoluxub. Hələlik bu rəqəm rayon ərazisində gündəlik yoluxma ilə bağlı qeydə alınmış ən yüksək say hesab olunur. Yoluxma sayının artımı havaların kəskin soyuması ilə əlaqədar olması bildirilir.