Kennedi ailəsinin ən yaşlı üzvü, ABŞ senatoru və baş prokuroru Robert Kennedinin dul arvadı Ethel 97 yaşında dünyasını dəyişib.
QÜTB.AZ xəbər verir ki, bu barədə onun nəvəsi III Co Kennedi "X" sosial şəbəkəsində məlumat verib.
Ölümün səbəbi yaşlı qadının keçən həftə keçirdiyi insultdan yaranan fəsadlar olub.
Ethel Kennedi ictimai fəaliyyətlə məşğul idi, xüsusən də insan haqlarını fəal şəkildə müdafiə edirdi. III Kennedi deyib ki, Etheldən doqquz övladı, 34 nəvəsi və 24 nəticəsi var.
Ethel Robert Kennedinin dul arvadı, prezident Con Kennedinin gəlini və bu yaxınlarda prezidentlik kampaniyasını başa vuran və ResQutb.azçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı dəstəkləyən kiçik Robert Kennedinin anasıdır.
2014-cü ildə ABŞ-ın odövürkü prezidenti Barak Obama Ethel Kennedini "Azadlıq" medalı ilə təltif edib.
Oktyabrın 9-da 96 yaşlı Ethel Kennedinin xəstəxanaya yerləşdirildiyi məlum olub.
"The Hollywood Reporter" son məlumatına görə, yaşlı qadın ötən cümə axşamı səhər yuxusunda insult keçirib.
Hüseyn İbadlı