19.04.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Nazirliyin yanında İctimai şuranın yeni tərkibi - FOTO

18 apr 2025 16:00
GÜNDƏM
ads

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 9 nəfərdən ibarət yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Qutb.az-a verilən məlumata görə, seçkinin təşkili məqsədilə nazirlikdə 9 nəfərdən (nazirlik əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv) ibarət komissiya yaradılıb və seçkilərin keçirilməsi ilə bağlı elan verilib.

İctimai şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutlarından 12 nəfərin namizədliyi təsdiq edilib.

Səsvermədə iştirak üçün qeydiyyata alınmış 89 nəfər QHT və media nümayəndəsinin iştirakı ilə obyektiv, şəffaf şəkildə keçirilən seçki nəticəsində 9 nəfər nazirlik yanında İctimai şuranın üzvləri seçiliblər.

“İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai şura nazirliyin fəaliyyətində ictimai iştirakçılığı, aidiyyəti fəaliyyət sahələri üzrə qanunvericiliyin təkmilləşdirilməsində, hüquqi aktların qəbulu prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakını, ictimai nəzarəti təmin edir.

Həmin Qanuna əsasən şuranın səlahiyyət müddəti iki ildir və hər iki ildən bir vətəndaş cəmiyyəti institutları tərəfindən şuranın yeni tərkibi seçilir.

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur