"Azərbaycan mafiyası"ndan olan bloger, 17 yaşlı Tural Məmmədov beynəlxalq axtarışa verilib.
Milli.Az lent.az-a istinadən bildirir ki, istintaq onu rəsmi olaraq təşkilatçı adlandırıb. "Nifrət salmaq" maddəsi ilə qiyabi ittiham edib və barəsində həbs qərarı çıxarıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Turalın cinayət yoldaşlarının axtarışını da davam etdirirlər. Onlar idman klubunda, bir neçə restoranda və ola biləcəkləri zavodda axtarış aparıblar.
Əməliyyatlar zamanı həmçinin iaşə obyektlərində, yanğın təhlükəsizliyi və miqrasiya qanunvericiliyinin kobud şəkildə pozulması halları aşkar edilib.
Milli.Az