İngiltərə millisinin və "Aston Villa"nın sabiq hücumçusu Qabriel Aqbonlahor Kriştiano Ronaldonun Avro-2024-dəki çıxışını şərh edib.
Publika.az xəbər verir ki, o, Portuqaliya millisinin baş məşqçisi Roberto Martinezi 39 yaşlı futbolçunu oynatmaqda israr etdiyi üçün tənqid edib:
“Mən Ronaldonun fanatıyam. O, görkəmli oyunçudur. Amma Kriştiano bu turnirdə heç nə etməyib. Təhlükəli epizod yaratmayıb, rəqibə təzyiq göstərməyib, müdafiə olunmayıb. Böyük şanslar yaratmağa kömək etmədi və əldə etdiyi şanslarda müdafiəçilərə problem yaratmadan qaçırdı.
Amma eyni zamanda bütün oyunlarda oynadı və əvəzlənmədi. Roberto Martinez Ronaldonu ehtiyat oyunçular skamyasında çağırmaqdan çox qorxurdu və bu, Portuqaliyaya turnir bahasına başa gəldi”.
Xatırladaq ki, Ronaldo karyerasında ilk dəfə böyük turnirdə qol vurmayıb. Portuqaliya Avro-2024-ün 1/4 finalında Fransaya uduzaraq turniri tərk edib. Martinezin yetirmələri rəqibinə penaltilər seriyasında 3:5 hesabı ilə məğlub olub.
Heybət