“Crocus City Hall”da terrorçunu zərərsizləşdirmək istəyərkən həlak olan Vnukovo Beynəlxalq Hava Limanının əməkdaşı Valentin Nikolaenkov ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edilib.
Publika.az xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Terror aktı nəticəsində 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb.