Ailə üzüvlərini bıçaqlayan şəxs saxlanılıb
Masallının bəzi ərazilərində qaz kəsiləcək.
Qutb.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Qeyd olunub ki, Masallı şəhəri, Azərbaycan prospekti ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qarşısından keçən yeraltı qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq, 18.12.2025-ci il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək Digah və Seybətin kəndləri, eləcə də şəhərin bir hissəsi daxil olmaqla, ümumilikdə təxminən 3200 abonentin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.