Keçmiş UFC çempionu Demetrius Conson oktaqona qayıtmaq üçün ona təklif edilən 2 milyon dollardan imtina edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə 38 yaşlı amerikalı “X”-də özü məlumat verib.
“Döyüş üçün mənə 2 milyon dollar təklif etdilər! Bundan imtina etdim, çünki daha döyüşmək istəmirəm”, – o bildirib.
Cnson UFC-də 11 titul müdafiə edib, bu göstərici üzrə rekorda sahibdir. Amerikalı döyüşçü sentyabrın əvvəlində karyerasını bitirdiyini elan edib.