Futbol tarixin ən çox mükafat qazanan futbolçusu Daniel Alvesin həbsdə olduğu zorlama işi üzrə məhkəmənin yekun hökmü tezliklə məlum olacaq.
Publika.az xəbər verir ki, fevralın 7-də məhkəmə prosesi başa çatıb. “The Athletic”in məlumatına görə, ümumilikdə 20 dəqiqə ifadə verən Daniel iddia ilə razılşmayıb və zorakı insan olmadığını təkid edib.
İdmançı həmçinin məhkəməyə hazırlaşmaq üçün daha çox vaxt verilməsini xahiş edib. Lakin bu təklifi rədd edilib.
Mənbənin sözlərinə görə, iş üzrə yekun hökmü məhkəmə iclası başa çatdıqdan 19 gün sonra - yəni fevralın 27-də veriləcək. İttiham tərəfi Alves üçün 9 il həbs və zərərçəkənə 150 min avro pul təzminatı tələb edir.
Heybət