29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Milyarderlər Baydenə təzyiq etdi: Maye qazı Avropaya Rusiya satacaq

09 fev 2024 12:00
GÜNDƏM
ads
Advertisement

Bir neçə həftə əvvəl ABŞ prezidenti Co Bayden ətraf mühitə təsir səbəbindən Amerika LNG-nin (maye qaz) ixracı üçün yeni müqavilələrin təsdiqlənməsinin dayandırılması təşəbbüsü ilə çıxış edib.

Publika.az xəbər verir ki, bu barədə “Wall Street Journal” yazıb.

Məlumata görə, Bayden milyarderlərin sponsorluq etdiyi ekoloji lobbiçilər tərəfindən bu qərara vadar edilib.

Nəşr öz mənbələrinə istinadən yazır ki, lobbi kampaniyası Rokfeller ailəsi və Maykl Blumberq də daxil olmaqla digər milyarderlərin pulu ilə təxminən dörd il davam edib. Məqsəd mədən yanacaqlarının hasilatı və emalının inkişaf etdirilməsi layihələri əleyhinə ictimai rəy formalaşdırmaqdır. Fəallar Ağ Evdən və federal rəsmilərdən ətraf mühitə diqqət yetirməyi tələb ediblər.

Bayden administrasiyasının adı açıqlanmayan yüksək rütbəli rəsmisi “onlar diqqətimizi çəkdi”, - deyə qeyd edib. Digər əməkdaşlar qeyd ediblər ki, fəallar LNG ixracı qərarına təsir göstərib, ancaq dolayı yolla. Ümumilikdə, Ağ Ev LNG qurğularından emissiyalar haqqında yeni məlumatlar və bu cür tədarüklərin ABŞ iqtisadiyyatına və təhlükəsizliyinə necə təsir etdiyini qiymətləndirmək ehtiyacı da daxil olmaqla bir sıra amilləri nəzərə alıb.

Baydenin qərarı respublikaçıların kəskin tənqidinə səbəb olub. Belə ki, senator Ted Kruz bunu “Putin üçün subsidiya” adlandırıb və bildirib ki, indi Avropa LNG-ni ABŞ-dan deyil, Rusiyadan almalı olacaq.

Murad


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur