Bakıda polisə zəng edərək tanışının üzərinə benzin tökərək yandıracağını deyən şəxs saxlanılıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.
Ucar rayon Qaracallı kənd sakini, 1981-ci il təvəllüdlü Mahir Neymanov Niyaməddin adlı tanışının üstünə benzin tökərək onu diri-diri yandıracağı ilə hədələyib.
Bu barədə polisə məlumat daxil olan kimi əməliyyat qrupu M.Neymanovun yerini müəyyənləşdirib və o saxlanılıb.
Sərxoş halda olan 43 yaşlı kişi həmin vaxt müqavimət göstərib. Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsində barəsində inzibati protokol tərtib edilən şəxs daha sonra rayon məhkəməsinə göndərilib. Məhkəmənin hakimi Kamran Əsədov protokola baxıb və M.Neymanova 20 gün müddətə inzibati həbs cəzası verilib.
Turqut Seyidov