19.10.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

20 Avropa dövləti Əfqanıstana tələb qoydu

19 okt 2025 03:00
DÜNYA
ads
Advertisement

Avropanın 20 dövləti Avropa İttifaqının (Aİ) Miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunnerə müraciət edərək Komissiyadan ölkədə qalmaq hüququ olmayan əfqan vətəndaşlarının geri qaytarılması üçün daha geniş imkanların yaradılmasını tələb edib.

 

Qutb.az xəbər verir ki, sənədi imzalayanlar arasında Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt də var.

 

Məktubda bildirilib ki, ötən il Avropa İttifaqında 22 min 870 əfqan vətəndaşı barəsində deportasiya qərarı qəbul edilsə də, onlardan cəmi 435-i Əfqanıstana geri qaytarılıb. Dövlətlər bu vəziyyətin qənaətbəxş olmadığını vurğulayaraq, Əfqanıstana könüllü və məcburi qayıdış məsələsinin Aİ səviyyəsində ümumi məsuliyyət kimi qəbul olunmasını zəruri hesab ediblər.

 

Müraciətdə, həmçinin Əfqanıstana deportasiya imkanlarının artırılması məsələsinin nəzərdən keçirilməsi təklif olunub. Xüsusilə ictimai asayişə və milli təhlükəsizliyə təhlükə yaradan şəxslərin geri qaytarılmasına üstünlük verilməsinin vacibliyi vurğulanıb.

 

Belçikanın təşəbbüsü ilə hazırlanmış məktuba Almaniya ilə yanaşı, Niderland, Bolqarıstan, Estoniya, Finlandiya, Yunanıstan, İrlandiya, İtaliya, Litva, Lüksemburq, Malta, Avstriya, Polşa, Slovakiya, İsveç, Çexiya, Macarıstan və Kipr də imza atıb. Norveç də sənədi dəstəkləyən ölkələr arasında yer alır.

 

Qeyd edək ki, Almaniya hökuməti hazırda Əfqanıstana deportasiyalarla bağlı Taliban nümayəndələri ilə danışıqlar aparır. Talibanın hakimiyyətə gəlməsindən sonra Qətərin vasitəçiliyi ilə Almaniyadan Əfqanıstana iki deportasiya həyata keçirilib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
158 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur