ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi (Mark Libby) 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Publika.az-ın xəbərinə görə, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
"Bu gün biz Qara Yanvar faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. Bu faciəli gündə yaxınlarını itirənlərin ailə üzvlərinə və dostlarına dərin hüzünlə başsağlığı veririk", - səfir bildirib.
“Today we mark the tragic events of Black January and remember those who perished. We offer our condolences to their friends and family members.” – Ambassador Libby #AmbLibby pic.twitter.com/Yd0rAz6LwG
— U.S. Embassy Baku (@USEmbassyBaku) January 20, 2024