“Barselona”nın müdafiəçisi Joao Kanselo La Liqanın 22-ci turunun matçında “Vilyarreal”a məğlubiyyəti (3:5) şərh edib.
Publika.az xəbər verir ki, portuqaliyalı futbolçu yenilgini belə şərh edib:
“Çətinliklə geri qayıtmağı bacardıq, amma sonra daha üç qol buraxdıq. Günah yalnız bizdədir. Mən özümdən danışıram. Bu bir fəlakət idi. Karyeramın ən pis 45 dəqiqəsi!”.
Joao Kanselo fasilədən sonra Hektor Fortun yerini tutaraq ehtiyata daxil olub.