Naməlum şəxslər Berlin yəhudilərinin deportasiyasının xatirəsinə Berlində ucaldılan abidəni təhqir ediblər.
Pubılika.az xəbər verir ki, bu barədə DPA agentliyi polis nümayəndəsinə istinadla məlumat yayıb.
Hüquq-mühafizə orqanı əməkdaşı abidəyə siyasi yazıların yzıldığını vurğulayıb. Onlar iyulun 6-da, şənbə günü günortadan sonra aşkar ediliblər.
Polis əlavə araşdırmaları davam etdirir.
Nəşr yazıb ki, Berlinin Steqlitz məhəlləsində güzgü ilə örtülmüş xatirə divarı qonşu evin həyətindəki keçmiş sinaqoqu göstərir və Berlin yəhudilərinin deportasiyasını xatırladır.
Hüseyn İbadlı