ABŞ Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırır.
Qutb.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin dövlət katibi Entoni Blinkenin adından yaydığı bəyanatda deyilir.
“ABŞ Ermənistan və Azərbaycan sərhədində baş verən toqquşmalardan dərin narahatdır və buna görə də tərəfləri atəşi dərhal dayandırmağa çağırır”, - bəyanatda vurğulanıb.
Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.