"Yeni il Rus Lotto" kampaniyasında bir milyard rubl qazanan Tümen sakininin adı hələ də məlum deyil.
Publika.az xəbər verir ki, bu barədə "Stoloto" dövlət lotereyasının ən böyük bilet satıcısının mətbuat xidməti məlumat verib.
Bildirilib ki, buna səbəb qalibin hələ sə təşkilatçılarla əlaqə saxlamamasıdır.
""Qalib hələ təşkilatçılarla əlaqə saxlamayıb. Bir qayda olaraq, iştirakçılar dərhal müraciət etmirlər. O, tamamilə fərqli yollarla özünü göstərə bilər: zəng mərkəzimizə zəng edə, lotereya mərkəzinə şəxsən gələ, sənədləri poçtla göndərə bilər", - məlumatda deyilir.
Hüseyn İbadlı