30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

Bu ölkə prezidentsiz qaldı: Pedofil qalmaqalının qurbanı oldu

26 fev 2024 17:00
GÜNDƏM
ads

Macarıstan parlamenti ölkə prezidenti Katalin Novakın istefasını yekdilliklə qəbul edib.

Publika.az xəbər verir ki, iclasda iştirak edən 196 deputatın hamısı dövlət başçısının istefasının təsdiqlənməsinə səs verib.

Fevralın əvvəlində məlum olub ki, ölkə prezidenti Katalin Novak Papanın Budapeştə səfərindən əvvəl (2023-cü ilin aprelində) pedofil direktorun törətdiyi cinayətləri gizlədən uşaq evinin keçmiş direktor müavininin əfv olunması üçün petisiya imzalayıb.

Fevralın 10-da bu məsələ ilə bağlı yaranan qalmaqala cavab olaraq o, vəzifəsindən getdiyini açıqlayıb, ertəsi gün isə parlamentə rəsmi açıqlama verib.

Yeni prezident seçkiləri fevralın 26-na təyin edilib. Hakim Fides fraksiyası Konstitusiya Məhkəməsinin sədri Tamaş Szujokun namizədliyini irəli sürüb. Namizədi deputatların ən azı 2/3-ü dəstəkləməlidir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur