Gəncədə yol qəzasında xəsarət alan moped sürücüsü vəfat edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, noyabrın 11-də Atatürk prospketində "Moon" markalı mopedin aşması nəticəsində ağır xəsarət alan 1981-ci il təvəllüldü Ramil Əskərov noyabrın 16-da xəstəxanada ölüb.
Bildirilir ki, mopedin yoldan çıxaraq aşması zamanı sürücünün kəllə sümüyündə sınıqlar və beynində qanaxma yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun