Avropanın ən kriminal şəhəri Fransanın Marsel şəhəridir.
Publika.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Numbeo" portalının "Crime Index" hesabatından məlum olub.
Ümumilikdə, siyahıya Fransanın 10 şəhəri düşüb, onlardan dördü ilk onluqdadır.
Beləliklə, antireytinqdə ikinci və üçüncü yerləri Britaniyanın Koventri və Birminqem, dördüncü yeri İtaliyanın Neapol, beşinci yeri isə Fransanın Monpellye şəhəri tutur.
Siyahını Kataniya (İtaliya), Grenobl (Fransa), Lyej (Belçika), Paris (Fransa), Malmo (İsveç) davam etdirir.
Qeyd edək ki, ildə iki dəfə dərc olunan hesabatda oğurluqlar, vandalizm, silahlı hücumlar, avtomobillərin oğurlanmasının sayı, korrupsiyanın səviyyəsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi nəzərə alınır.