Rusiya Prezidenti Vladimir Putin cəmiyyətin möhkəmlənməsini və insanların Vətənə sədaqətini ölkənin ən güclü silahı adlandırıb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb .
Siyasətçinin sözlərinə görə, Qərb ölkələri iqtisadi sanksiyaların köməyi ilə Rusiyanı sıxışdırmağa ümid edərkən bunu nəzərə almayıb.
“Onlar bunu nəzərə almayıblar və nəzərə ala da bilməzlər”, - deyən dövlət başçısı bunun üçün Rusiyanın vətəndaşı və onun mədəniyyətinin bir parçası olmağın lazım olduğunu bildirib.
Putin əlavə edib ki, Rusiya gələcəyə inamla baxır.
"Və iqtisadiyyatda, sosial sahədə və təhlükəsizlik sahəsində", - rusiya lideri əlavə edib.
Daha əvvəl Putin bildirib ki, Rusiyada cəmiyyəti parçalamaq cəhdləri xəyanətdir. Prezident ölkədə ixtilaf ehtimalını istisna edib və əlavə edib ki, hakimiyyət heç kimə bunu etməyə imkan verməyəcək. Putinin fikrincə, suveren və güclü Rusiya olmadan güclü və sabit dünya nizamı mümkün deyil.
Hüseyn İbadlı