15.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

“Embawood” faciəvi hadisədən xal toplamaq istədi, tənqid olundu

11 apr 2025 05:00
GÜNDƏM
ads

Bu gün Bakıda “BYD” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb.

Hadisə nəticəsində 2 nəfər yaralanıb. Qəza sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Qutb.az xəbər verir ki, “Embawood” şirkəti bədbəxt hadisədən özünə reklam qazanmağa çalışıb.

Belə ki, mebel satışı ilə məşğul olan şirkət "real time marketing" adı altında qəzadan görüntüləri montaj edərək “Belə sürətlə, həm də təhlükəsiz - sifarişini ən qısa zamanda qapınızda!” başlığı ilə paylaşıb.

“Embawood”un bu paylaşımı sosial şəbəkələrdə etirazla qarşılanıb və ciddi şəkildə tənqid olunub. 

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur