04.11.25 | Bakı 12.03° C |
10:06:25
Lent :

İki gəncin öldüyü dəhşətli qəzanın görüntüləri: 220 ilə gedirlərmiş

03 noy 2025 22:00
GÜNDƏM
ads

Ötən gecə Göygöldə iki nəfərin ölümü, ikisinin isə yaralanması ilə nəticələnən ağır yol qəzasının detalları məlum olub.

Qutb.az xəbər verir ki, ağır yaralanan gənclərdən biri atasının avtomobilini qaçırıb.

Minik vasitəsini idarə etmək üçün dostu, 27 yaşlı Elvin Məmmədova verib.

Kadrlardan da aydın olduğu kimi, hadisəyə səbəb Elvinin avtomobili yüksək sürətlə idarə etməsi olub.

Maşındakı sərnişinlər ondan dəfələrlə yavaş sürməsini xahiş etsələr də, o, deyilənlərə məhəl qoymayıb:

“Ay Elvin, nəsə olsa, tikəmizi də tapmayacaqlar. Yavaş sür!”

Qeyd edək ki, hadisə zamanı minik vasitəsini idarə edən Elvin Məmmədov və 11-ci sinif şagirdi İsbi Alıyev həlak olub.

Digər iki gənc 2008-ci il təvəllüdlü S. Əsgərov və 2009-cu il təvəllüdlü T. Süleymanov isə ağır yaralanıb. Avtomobil yaralılardan birinin atasına məxsus olub.

Yüksək sürətin səbəb olduğu dəhşətli qəzanın anbaan görüntülərini "qafqazinfo"ya istinadla təqdim edirik:

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
12.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur