Nigeriya ordusu bir həftə əvvəl başlayan antiterror əməliyyatı zamanı azı 187 nəfəri öldürüb, daha 262 nəfəri əsir götürüb.
QÜTB.AZ xəbər verir ki, bu barədə Nigeriya Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi general-mayor Edvard Buba məlumat verib.
Ekspertlərin fikrincə, Nigeriya silahlı qüvvələrinin səyləri əsasən 2002-ci ildə ölkənin şimalında yaranmış terror təşkilatı “Boko Haram”la mübarizəyə yönəlib. 2015-ci ildə Nigeriya ordusu “Boko Haram”ı böyük məğlubiyyətə uğradıb və onun nəzarətində olan əraziləri xeyli azaldıb.