"Qarabağ və Türkiyə-Azərbaycan universitetlərinin qəbul planı tam dolub".
QÜTB.AZ xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev "X" sosial şəbəkə hesabında paylaşım edib.
"2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul müsabiqəsinin 1-ci turunun nəticələrinə əsasən, rekord sayda - 55 656 nəfər tələbə adını qazanıb. Sevindirici haldır ki, ilk dəfə qəbul aparılan Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetinin nəzərdə tutulan qəbul planı demək olar ki, tam dolub və hər iki universitetdə təhsil alacaq şəxslərin böyük əksəriyyəti yüksək bal toplayan gənclərdir. Uğur qazanan hər bir gəncimizi ürəkdən təbrik edirəm", - nazir qeyd edib.
2024–2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul müsabiqəsinin 1-ci turunun nəticələrinə əsasən, rekord sayda – 55 656 nəfər tələbə adını qazanıb. Sevindirici haldır ki, ilk dəfə qəbul aparılan Qarabağ Universiteti və Türkiyə–Azərbaycan…
— Emin Amrullayev (@EminAmrullayev) August 22, 2024