Gürcüstan Prezidenti Salome Zurabişvili dekabrın 16-da səlahiyyət müddəti bitdikdən sonra vəzifəsindən istefa verməyəcək.
QÜTB.AZ xəbər verir ki, bunu dövlət başçısı ideomüraciətində deyib.
"Mən sizin prezident olaraq qalacağam, legitim parlament yoxdur, qeyri-legitim parlament yeni prezident seçə bilməz, andiçmə mərasimi ola bilməz", - Zurabişvili bəyan edib.
O, əlavə edib ki, qanuni seçilmiş parlament olana qədər onun mandatının davam edəcəyinə inanır.
Hakim “Gürcü arzusu” partiyasının deputatları keçmiş futbolçu Mixail Kavelaşvilini Gürcüstan prezidenti seçmək istəyirlər. Müxalifət parlament seçkilərini tanımır və təkrar səsvermənin keçirilməsini tələb edir. Son günlər Tbilisidə xüsusi təyinatlılar polislə qarşıdurmaya girən etirazçıların mitinqlərini dağıdıblar.
Xatırladaq ki, bundan əvvəl Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili prezident seçkilərinin dekabrın 14-də, andiçmə mərasiminin isə dekabrın 29-da keçiriləcəyini bildirmişdi.