Hizbullah Livana hücuma hazırlaşan İsrail əsgərlərinin raketlərlə hədəf alındığını açıqlayıb.
Publika.az xəbər verir ki, Hizbullah Livanın cənubundakı sərhəd bölgəsində münaqişə ilə bağlı açıqlama verib.
Bəyanatda İsrailin “Zirit” hərbi məntəqəsi ətrafında Livan ərazilərinə hücum etməyə hazırlaşan İsrail əsgərlərinin raketlə hədəf alındığı bildirilib.
Hücum zamanı hədəfin tam dəqiqliklə vurulduğu, İsrail tərəfində ölən və yaralananların olduğu bildirilib. İsrail ordusu və Hizbullah 2023-cü il oktyabrın 8-dən bəri iki ölkə arasında baş verən qarşıdurmalarda ilk dəfə olaraq İsrail əsgərlərinin qurudan Livanın içərilərinə hücuma hazırlığı ön plana çıxır.
Qeyd edək ki, indiyədək toqquşmalarda 164 Hizbullah üzvü, 30 Livan vətəndaşı, 6 İsrail vətəndaşı və 10 İsrail əsgəri həlak olub.
Aysel Şahmar