Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub.
Publika.az xəbər verir ki, bu vəzifə Rövşən Əliyevə həvalə edilib.
O, bundan əvvəl "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) əməkdaşı olub və yeni vəzifəsində Sabir Bilalovu əvəz edib.